Pakistanda kömür mədəninə silahlı basqın: azı 20 şaxtaçı ölürüldü
11 Oktyabr 2024 10:12 DünyaPakistanda naməlum şəxslər kömür mədəninə silahlı basqın ediblər.
Olaylar xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.
Qeyd olunub ki, hadisə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib.
Belə ki, silahlı şəxslər Duki ərazisində yerləşən kömür mədənini mühasirəyə alıb və şaxtaçılar üçün nəzərdə tutulan yaşayış yerlərinə atəş açıblar.
Nəticədə azı 20 şaxtaçı ölüb, daha 7 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Agentlik xatırladır ki, hücum İslamabadda keçiriləcək böyük təhlükəsizlik sammiti ərəfəsində baş verib. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31