Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda gözlənilən görüş zamanı ikitərəfli münasibətləri, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, bunun prezidentlərin ilk görüşü olacağını xatırladıb və danışıqların gündəliyində ilk növbədə Rusiya-İran münasibətlərinin olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31