Avropada ən pis demoqrafik vəziyyət bu ölkədədir - ARAŞDIRMA

2023-2040-cı illər arasında iqtisadi artım potensialı nəzərə alınmaqla Avropada ən pis demoqrafik vəziyyət İtaliyadadır.

Olaylar.az xəbər verir ki, İtaliyada əhalinin sürətlə qocalması ölkənin dövlət maliyyəsi üçün təhlükə yaradır. Bununla bağlı araşdırmanı "Scope Ratings" reytinq agentliyi aparıb.

Araşdırmaya əsasən, ötən il İtaliyada doğum əmsalı 15-ci il dalbadal azalaraq yeni rekord minimuma - 379 min nəfərə düşüb. Bu göstərici ölkənin 1861-ci ildə birləşməsindən bəri ən aşağı göstəricidir. İtaliyanın əmək qabiliyyətli əhalisi 2023-2040-cı illər arasında demək olar ki, 19% azalacaq və Avropada ən böyük azalma göstəricisi olacaq.

Əmək qabiliyyətli əhali sayında azalma Almaniya və İspaniyanın hər birində 14%, Fransada 2% gözlənilir. Hazırda İtaliyada məşğulluq səviyyəsi Avropa İttifaqında ən aşağı səviyyədədir. Belə ki, Eurostatın məlumatlarına görə, keçən il 20-64 yaş arası italyanların 66,3%-i işlə təmin olunduğu halda, Avropa İttifaqında orta göstəricisi 75,3%-dir.

(Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31