Şimali Koreyanın yeni müdafiə naziri oldu

No Qvan Çxol Koreya Xalq Demokratik Respublikasının (KXDR) 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) 11-ci sessiyasında KXDR-in yeni müdafiə naziri təyin edilib.

Olaylar xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Kadr təyinatları oktyabrın 7-dən iki gün davam edən sessiyanın gündəliyinin beşinci bəndi kimi nəzərdən keçirilib.

KMTA həmçinin bildirir ki, Li Man Su tikintiyə dövlət nəzarəti naziri, Kim Son Bin isə Dövlət Elm və Texnologiya Komitəsinin sədri təyin edilib.

Bundan əvvəl KXDR-in müdafiə naziri vəzifəsini Kan Sun Nam tuturdu. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31