Xasapov: Dövlətin onları almağa vəsaiti yoxdur- ÖZƏL

Xüsusi əməliyyatın başlanmasından sonra Ukrayna öz ordusunu lazımi resurslarla təmin etməyə diqqət yetirmək üçün hərbi məhsulların ixracını qadağan etməyə məcbur olub. Lakin bu, Ukrayna istehsalçılarını çətin vəziyyətə salıb.İndi Ukrayna Silahlı Qüvvələri (USQ) pilotsuz uçuş aparatlarının (PUA) böyük çatışmazlığı ilə üzləşir. 

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Urkspecsystems PUA istehsal edən şirkətinin rəhbəri Dmitri Xasapov Financial Times (FT) qəzetinə bildirib.

Onun sözlərinə görə, dövlətin maliyyə imkanları hərbi məhsulların, o cümlədən PUA-ların alınmasını məhdudlaşdırır. USQ-nin tələbləri təxminən 6 milyard dollarlıq büdcəni xeyli üstələyir və bu məbləğin yalnız üçdə biri PUA-ların alınmasına ayrılır.

"Dövlətin onları almağa vəsaiti yoxdur", - deyə Xasapov vurğulayıb.

O əlavə edib ki, onun şirkəti öz istehsal gücünə uyğun yetərli miqdarda müqavilə almır. Həmçinin, Xasapov mövcud vəziyyətin bəzi şirkətləri özəl maliyyə cəlb etməyə və uzunmüddətli zəmanətlər olmadan qısamüddətli sifarişlərə yönəlməyə məcbur etdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31