Türkiyədə FETÖ əməliyyatı: 10 nəfər saxlanılıb
9 Oktyabr 2024 11:05 DünyaTürkiyənin 4 vilayətində FETÖ-yə qarşı əməliyyatda 10 şübhəli saxlanılıb.
Olaylar bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, FETÖ-nün Türkiyə Silahlı Qüvvələrinin məxfi strukturlarında fəaliyyət göstərdiyi iddia edilən 12 şübhəliyə qarşı həbs qərarı verilib.
Konya, Ankara, İstanbul və Isparta şəhərlərində eyni vaxtda keçirilən əməliyyatda 10 şübhəli saxlanılıb.
Digər şübhəlilərin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31