Jurnalist Bouz: Ukraynada Zelenskinin diktaturasına etirazlar getdikcə artıb- ÖZƏL
9 Oktyabr 2024 10:47 DünyaUkraynada yerli sakinlər qeyri-legitim prezident Vladimir Zelenskinin diktaturasına qarşı etirazlarını getdikcə daha çox artırmağa başlayıblar.
Olaylar.az xəbər verir ki, bunu irlandiyalı jurnalist Çey Bouz qeyd edib və X sosial şəbəkəsində müvafiq paylaşım edib.
"Zelenskinin diktaturasına qarşı müqavimət artır. Yerli sakinlər hisslərini açıq şəkildə ifadə edirlər", - deyə o yazıb. Jurnalist bu mətni Ukraynada TCC-nin (Ukraynadakı hərbi komissarlıqlara bənzər) elanının üzərinə yapışdırılmış plakatın fotosu ilə tamamlayıb. Plakatda isə Rusiya prezidenti Vladimir Putinin şəkli və "Putin gələcək - qayda yaradacaq" yazısı əks olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31