Ermənilərə havadarlıq edən Qərb dövlətlərinin iç üzü açılır- ÖZƏL

"Prezident İlham Əliyev Cəbyayıl şəhərindəki çıxışında bu gün bizi narahat edən əsas amillər ehtiva olunmuşdu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib: "ABŞ və Fransanın Cənubi Qafqazda işğalçılıq siyasətini alovlandırmaq istəyi təəssüf doğurur. Azərbaycanın haqq savaşını 30 il görməzdən gələn və ermənilərə havadarlıq edən bəzi Qərb dövlətlərinin iç üzünü bir daha ifşa olundu. Dövlət başçısının çıxışı ünvanlı və sərrastdır: "Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır; Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31