Zaxarova: Birləşmiş Ştatlar uşaqlara təcavüz edən “vampir qruplaşması” ilə məşğul olmalıdır- ÖZƏL

"ABŞ dünya problemlərindən diqqətini yayındırıb, ölkə daxilində uşaq zorlayan "vampir qruplaşması" ilə məşğul olmalıdır".

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RT-yə verdiyi müsahibədə bildirib. 

Diplomat bu fikri ABŞ-da musiqiçi və prodüser Şon Kombs (P. Diddy) ilə bağlı baş verən böyük qalmaqalı şərh edərkən ifadə edib. Zaxarova qeyd edib ki, P. Diddy tərəfindən keçirilən hər bir tədbir və onu əhatə edən məşhurlar mühitində yüzlərlə, hətta minlərlə insanın xidmət göstərdiyi iddia olunur.

MİD nümayəndəsi vurğulayıb ki, bütün bunlar 24 saat ərzində onlayn izləmə imkanlarına malik, hər tərəfi kameralarla dolu bir ölkədə baş verib.

Mariya Zaxarova daha əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosu və hüquq-mühafizə orqanlarının amerikalı reper və prodüser Şon Kombsun cinayətlərindən xəbərsiz ola bilməyəcəyini də vurğulamışdı.

Sentyabrın 17-də isə Şon Kombsun, P. Diddy adı ilə tanınan reper və prodüserin zorakılıq və insan alveri ilə bağlı ittihamlar irəli sürüldükdən sonra Nyu-York məhkəməsi tərəfindən həbs edildiyi məlum oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31