Bayden buna görə səfərlərini təxirə saldı

ABŞ Prezidenti Co Bayden "Milton" qasırğasının ABŞ-yə yaxınlaşması ilə əlaqədar oktyabrın 10-15-də Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer açıqlama verib.

Qeyd edək ki, ABŞ lideri "Milton" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında Sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31