İran prezidenti Türkmənistana gedəcək

İran prezidenti Məsud Pezeşkian oktyabrın 10-da Türkmənistana səfər edəcək.

Olaylar-ın məlumatına görə, bunu İran Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru Həbibulla Abbasi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran prezidenti məşhur türkmən şairi Məxtumqulu Fəraqinin 300 illiyi ilə əlaqədar təşkil olunacaq tədbirə qatılacaq.

Abbasi bildirib ki, İran prezidenti Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovla və bu ölkənin digər rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.

İran rəsmisi İran prezidentini səfər çərçivəsində başqa ölkələrin rəhbərləri və rəsmiləri ilə görüşlər keçirəcəyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31