Politico: Fransa ordusu 2025-ci ildə Rusiyaya müqavimət göstərmək qabiliyyətinin sınağından keçəcək- ÖZƏL

Gələn il Fransa Rusiyaya müqavimət göstərmək qabiliyyətini təsdiq etməli olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri yazır. 

Məqalə müəllifləri bunun Rumıniyada baş tutacaq NATO-nun "Daçyan baharı 2025" adlı geniş təlimləri ilə bağlı olduğunu vurğulayırlar. Bu təlimlər zamanı Fransa Rusiya ilə gərginlik yaranarsa, öz qüvvələrini NATO-nun şərq sərhədlərinə sürətlə köçürmək bacarığını nümayiş etdirməli olacaq. Fransızların qarşısında məqalədə qeyd olunduğu kimi, 2027-ci ilə qədər müvafiq silah və sursatla tam hüquqlu diviziya hazırlamaq vəzifəsi də durur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31