Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
8 Oktyabr 2024 11:56 Dünya"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask dünən İrəvanda başa çatan WCIT 2024 Dünya İnformasiya Texnologiyaları Konqresinə yazılı salam göndərib.
Olaylar xəbər verir ki, mesajı amerikalı erməni iş adamı Razmik Hovakimyan oxuyub.
Mask şəxsən İrəvana gələ bilmədiyindən təəssüfləndiyini bildirib və növbəti əlverişli fürsətdə bunu edəcəyinə söz verib.
O qeyd edib ki, Ermənistanla layihələri, o cümlədən "Starlink" peyk internetinin buraxılması, kosmos və süni intellekt sahəsində erməni axtarış şirkətləri ilə əməkdaşlıq etməkdən məmnun olacaq. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31