NATO Ukraynanın ardınca gedəcək: alyansa həyəcanlı proqnoz- ÖZƏL
8 Oktyabr 2024 11:20 DünyaRusiya ilə qarşıdurma və döyüş şəraitində onu məğlub edə bilməməsi səbəbindən NATO-nun gələcəyi təhlükə altındadır.
Olaylar.az xəbər verir ki, bunu Helsinki Universitetinin professoru və geosiyasi ekspert Tomas Melian deyib.
"NATO-nun gələcəyi təhlükə altındadır. Görünür, alyans Rusiyaya qarşı konvensional münaqişədə qalib gələ bilməyəcək", - deyə o, şəxsi "X" sosial şəbəkə hesabında bildirib.
Melian həmçinin vurğulayıb ki, əgər Ukrayna Rusiya ilə qarşıdurmada məğlub olarsa, çox güman ki, Şimali Atlantika Alyansı da onun ardınca gedəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31