Tramp Ukraynaya təxminən 300 milyard dollar vəsait ayrılmasını tənqid edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edib.

Olaylar-ın məlumatına görə, ABŞ-ın keçmiş prezidenti bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə bildirib. Trampın sözlərinə görə, ABŞ-da qasırğa qurbanları fövqəladə yardımlar üçün sadəcə 750 dollar alır.

O, həmçinin bəzi ştatlarda, xüsusilə Şimali Karolinada, təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin fəaliyyətindən narazı olduğunu ifadə edib:

"Şimali Karolinada kömək edəcək adam yoxdur. Bu, dəhşətli bir vəziyyətdir. Bir adam daşın üstündə oturmuşdu, çünki heç bir şeyi qalmamışdı."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31