Zaxarova: Antonovun Rusiya Federasiyasına çağırılması ilə bağlı fərman yaxın vaxtlarda veriləcək- ÖZƏL
7 Oktyabr 2024 16:25 DünyaRusiya prezidenti Vladimir Putinin Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun geri çağırılması ilə bağlı fərmanı yaxın vaxtlarda veriləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat vurğulayıb ki, əslində Antonov artıq Rusiyaya uçub. Lakin onun rəsmi, sənədləşdirilmiş qayıdışı hələ də baş tutmayıb. Fərmanı Rusiya prezidenti Vladimir Putin verməlidir.
"Anatoli İvanoviç Rusiya Federasiyasına qayıtdı. Tezliklə prezidentin müvafiq sərəncamı verilməlidir. Bu məsələ ilə bağlı şərhlər prezident administrasiyasının səlahiyyətindədir", - Zaxarova bildirib.
Xatırladaq ki, Antonov ABŞ-dakı işini oktyabrın 6-da bazar günü başa vurub. O, 2017-ci il avqustun 31-dən Rusiyanın səfiri vəzifəsində çalışır.