İsrail səfirliyi yaxınlığında növbəti partlayış...
7 Oktyabr 2024 15:29 Dünyaİsrailin Kopenhagendəki səfirliyinin yaxınlığında yenidən partlayış baş verib.
Olaylar bildirir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, Kopenhagen polisi partlayışın 5 gün əvvəlki partlayışla əlaqəli olub-olmadığını araşdırır.
Qeyd edək ki, oktyabrın 2-də gecə saatlarında Kopenhagenin Hellerup rayonunda İsrail səfirliyinin binasının yerləşdiyi ərazidə iki partlayış baş vermişdi. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31