Qəzza zolağında ölənlərin sayı 42 min nəfərə çatır

Qəzza zolağında münaqişənin gərginləşdiyi 1 il ərzində 41,9 mindən çox insan ölüb.

Olaylar xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlərin 60 faizdən çoxu qadın və uşaqlardır.

"İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 41 min 909-a, yaralıların sayı isə 94 min 761-ə çatıb", - məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31