Türkmənistan lideri Rusiya ilə strateji tərəfdaşlığı gücləndirməyə ümid edir - ÖZƏL

Olaylar.az  xəbər verir ki, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə təbrik ünvanlayıb.

"Biz Türkmənistanda sizin dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi yüksək qiymətləndiririk və çoxillik qarşılıqlı hörmət, etimad və mehriban qonşuluq ənənələrinə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə ümid edirik", - deyə, o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31