Fransada 15 yaşlı gəncə 50 bıçaq zərbəsi vuraraq diri-diri yandırıblar- ÖZƏL

Fransanın cənubunda 15 yaşlı yeniyetmə vəhşicəsinə öldürülüb.

Olaylar.az xəbər verir ki, bu haqda France24 prokurorluğa istinadən verdiyi məlumata yayıb. 
Məlumata görə, oğlana 50 bıçaq zərbəsi vurulub, sonra isə diri-diri yandırılıb.

Məlumdur ki, 23 yaşlı məhbus rəqibini qorxutmaq və onun qapısını yandırmaq üçün sosial şəbəkələr vasitəsilə bir yeniyetməni işə götürüb. Bu işə görə öldürülən şəxsə 2000 avro vəd edilib. 

Rəqib dəstənin üzvləri yeniyetməni tapşırığı yerinə yetirməyə gedərkən görüblər və onu cəzalandırmaq üçün bıçaqla zərbələr endiriblər.

"Ona 50 dəfə bıçaq zərbəsi vurulub və Fonscolombes yaşayış kompleksinə aparılıb. Məhkəmə ekspertizasının nəticələrinə görə, orada diri-diri yandırılıb," - deyə Marsel prokuroru Nikola Bessone bildirib. Onun 15 yaşlı dostu isə qaçmağı bacarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31