İlin əvvəlindən Afrikada 35 000-dən çox şübhəli mpox hadisəsi aşkar edilib - ÖZƏL

Olaylar.az  xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2024-cü il yanvarın 1-dən sentyabrın 29-dək Afrikada 35 mindən çox şübhəli mpox (meymun çiçəyi üçün yeni ad) və xəstəliyin səbəb ola biləcəyi minə yaxın ölüm halı aşkar edilib.

İlin əvvəlindən Afrikada 35,525 şübhəli mpox hadisəsi, o cümlədən 996 ölüm faktı qeydə alınıb, ÜST fakt vərəqində bildirib. 23-29 sentyabr həftəsində infeksiyaya yoluxanların sayı 4098, ölənlərin sayı isə 156 nəfər artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31