Hollandiya Müdafiə Nazirliyi ilk F-16-ların Ukraynaya çatdırıldığını təsdiqləyib - ÖZƏL

Olaylar.az  xəbər verir ki, Hollandiya Müdafiə Nazirliyi F-16 qırıcılarının ilk partiyasının Ukraynaya çatdırılmasını rəsmən təsdiqləyib.

"Çatdırılma üçün ixrac lisenziyası iyulun 1-də verilib", - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

"Bundan sonra vəd edilən ilk F-16-lar Ukraynaya təhvil verilib. Hollandiya təyyarənin dəstəklənməsi və texniki xidmətinə mühüm töhfə verir", - Müdafiə Nazirliyi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31