Hindistanda sel və torpaq sürüşməsi baş verib, 10 nəfər həlak olub

Hindistanın Meghalaya ştatında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsində 10 nəfər həlak olub.

Bu barədə Olaylar xarici KİV-ə istinadən xəbər verir.

Hindistanın Təbii Fəlakətə Qarşı Milli Qüvvələr və Dövlət Təbii Fəlakətə Müdaxilə Fondu əməkdaşları fəlakətdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işləri aparmaq üçün səfərbər edilib. Dağılan və zərər görən körpülərin də yenidən inşa ediləcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31