Avropadakı iqtisadi böhran NATO-nun qoşunların artırılması planına mane ola bilər- ÖZƏL
7 Oktyabr 2024 11:48 DünyaNATO hər birinin sayı təxminən 5000 nəfər olacaq 49 yeni briqada yaratmağı planlaşdırır. Lakin planlara Avropadakı iqtisadi böhran mane ola bilər.
Olaylar.az xəbər verir ki, bu haqda Military Watch jurnalı yazır.
Şimali Atlantika Alyansı öz qoşunlarının sayını 60% artırmaq istəyir. Hazırkı altı döyüş korpusunun əvəzinə 15 olacağı, diviziyanın qərargahının 24-dən 38-ə çatdırılacağı güman edilir.
Nəşr qeyd edir ki, "NATO-ya üzv ölkələrin hərbi personalı məsləhətçi, logistik, döyüşçü və başqaları daxil olmaqla, davam edən Ukrayna münaqişəsində mərkəzi rol oynayır". Onların iştirakı Ukraynaya çatdırılan NATO standartlarına uyğun yeni avadanlıqların istismarında əsas rol oynayıb.
Bununla belə, Avropanın böyük hissəsində iqtisadi böhran və ABŞ-da borcun dayanıqlı şəkildə yığılması səbəbindən alyansın bu cür artımı ödəyə bilməsi sual altında qalır.