Çilpansinqo şəhərinin meri öldürüldü - ÖZƏL
7 Oktyabr 2024 11:08 DünyaMeksikanın cənubundakı Çilpansinqo şəhərinin meri Alejandro Arkos Katalan vəzifədə cəmi 6 gün qaldıqdan sonra öldürülüb.
Olaylar.az xəbər verir ki, 43 yaşlı məmurun başı kəsilib və başı avtomobilin damına atılıb.
"Onlar bizim Çilpansinqo meri Alejandro Arkosu və cəmi üç gün əvvəl eyni şəhər meriyasının katibi Fransisko Tapiyanı öldürdülər. Onlar bir həftədən azdır ki, hakimiyyətdədirlər", - deyə müxalif PRI partiyasının sədri Alejandro Moreno bildirib. Faciənin baş verdiyi Meksika ştatının qubernatoru Evelin Salqado hadisəni kəskin şəkildə pisləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31