İsrail Hizbullahın qərargahını və hərbi obyektlərini vurdu

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrut ərazisində Hizbullah qərargahı və hərbi obyektlərinə yeni hücumlar həyata keçirib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrut ərazisində Hizbullahın komandanlıq mərkəzlərinə və terror infrastrukturuna dəqiq zərbələr endiriblər", - deyə ordunun bəyanatında bildirilib.

Qeyd edək ki, bu gün Beyruta endirilən zərbələr nəticəsində SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaani yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31