Türkiyə növbədənkənar seçkilərə gedir? – Ərdoğanın yerinə…

Türkiyədə 2028-ci ildə keçirilməsi gözlənilən prezident seçkilərinin tarixi önə çəkilə bilər.

Olaylar bildirir ki, bu iddia ilə "Hürriyyet" qəzeti çıxış edib.

Məlumata görə, ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) daxili anlaşmazlıqlar və əvvəlki seçkilərdəki uğursuzluğa görə xalq arasında nüfuzunu itirib:

"Bu səbəbdən növbəti seçkilərdə də uğur qazanma ehtimalı azdır. Ölkə iqtisadiyyatının yavaş-yavaş düzəlməsi və beynəlxalq gərginlik fonunda isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın şansı yenə digərlərindən yüksək görünür. Lakin onun bu dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi bəlli deyil".

Növbədənkənar seçkilərdə isə namizədlərin sayının çox olacağı bildirilir. CHP-dən İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun adı namizədlər sırasında çəkilir. İctimaiyyətin dəstəyi ilə Ankaranın bələdiyyə sədri Mansur Yavaşın da güclü namizədlərdən olacağı gözlənilir.

Həmçinin HDP-dən Səlahəddin Dəmirdaş, sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın da namizəd olacağı iddia edilir. (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31