Mahmud Abbas İrana səsləndi: Bizə ziyan vurmaqdan əl çək...
4 Oktyabr 16:30 Dünyaİran İsrailə 400 raket buraxdı və bu hücum nəticəsində yalnız bir məzlum fələstinli həlak oldu, heç bir israilli ölmədi və İsrailə ziyan dəymədi.
Olaylar bildirir ki, bu sözləri Fələstin lideri Mahmud Abbas deyib.
"İrandan tələb edirik ki, öz mənafeyinə görə bizə xəsarət yetirmək və zərbə vurmaqdan əl çəksin",- Mahmud Abbas sosial media hesabında yazıb.
Qeyd edək ki, İranın İsrailə raket hücumu nəticəsində Eriha şəhərində Qəzza zolağından olan bir fələstinli qaçqın həlak olub. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31