Rusiyanın Kamçatka yarımadasının dayaz sularında qapalı qalan orka ailəsi cümə günü açıq dənizə üzməyi bacarıb.
Olaylar.az xəbər verir ki, bunu Uzaq Şərq regionunun fövqəladə hallar nazirliyi bildirib.
"Qatil balinalar açıq dənizə yol tapmağa müvəffəq olublar", - səlahiyyətli qurumun açıqlamasında deyilir.