İsrail ordusu HƏMAS şəbəkəsinin rəhbərini zərərsizləşdirib

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Tulkərm şəhərində Fələstinin Həmas hərəkatının yerli hücrəsinin rəhbərini öldürüb.

Olaylar-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, hava hücumu nəticəsində öldürülən Zahi Yasir ər-Rəzak Ufi "Həmas terror şəbəkəsinin Tulkərmdəki başçısı" idi. Onunla birlikdə "Tülkərmin terror şəbəkəsində iştirak edən" daha bir neçə fələstinli silahlı məhv edilib.

Bildirilib ki, Ufi sentyabrın əvvəlində İordan çayının qərb sahilində yəhudilərin məskunlaşdığı Ateret qəsəbəsi ərazisində terror aktının planlaşdırılmasında iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31