Rusiya ordusu Ukraynada sərtləşdikdən sonra daha ölümcül oldu- ÖZƏL

Rus ordusu Ukraynadakı döyüş əməliyyatları zamanı möhkəmləndi və daha ölümcül oldu. 

Olaylar.az xəbər verir ki, bu barədə National Interest qəzeti yazır.

Nəşrin qeyd etdiyinə görə, hazırda Rusiya Silahlı Qüvvələrinin bir sıra əsas üstünlükləri var. Bu üstünlüklər təkcə Ukrayna Silahlı Qüvvələri qarşısında deyil, Avropa ölkələrinin əksər ordularına qarşı da mövcuddur. Məsələn, Rusiya Silahlı Qüvvələri gündə təxminən 10 000 mərmi buraxmağa hazırdır, lakin bu, onların öz ehtiyatlarına heç bir zərər vurmur. Şərti olaraq, Almaniya üçün belə sursat xərcləri böyük problem olardı.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələri döyüş sistemlərini əhəmiyyətli dərəcədə təkmilləşdirib və pilotsuz uçuş aparatlarının istehsalını artırıb. Səsdən sürətli və hipersəs raketlərinin arsenalı da artıb. Eyni zamanda ordunun sayı da artır.

"Rusiya hazırda müasir müharibə aparma üsullarında və bu üsullara qarşı mübarizədə kritik təcrübə qazanır, həmçinin Qərbin taktikasına uyğunlaşır," - National Interest yazır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31