İsrailin Beyruta yeni zərbələri - bu dəfə hədəf odur
4 Oktyabr 10:15 Dünyaİsrail Ordusu gecə saatlarında Beyrut hava limanı yaxınlığındakı qəsəbəyə 20-yə yaxın zərbə endirib, hədəf Hizbullahın baş katibi Nəsrullahın ehtimal olunan varisi Həşim Səfiəddin olub.
Olaylar bildirir ki, bu barədə İsrail KİV mənbələrinə istinadən məlumat yayıb.
Həşim Səfiəddinin sağ qalıb-qalmadığı hələlik məlum deyil.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində hava hücumları nəticəsində ölkədə 37 nəfər ölüb, 151 nəfər yaralanıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31