Bu münaqişənin müharibəyə çevrilmə ehtimalı real görünmür- Əziz Əlibəyli-ÖZƏL
3 Oktyabr 17:35 Dünya"Potensial olaraq iki dövlət arasındakı münaqişənin müharibəyə çevrilmə ehtimalı əslində, o qədər də real görünmür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:
"Ən azından ona görə ki, iki dövlət bir-birinə qarşı müvəkkil savaşlar metodundan istifadə edir və hər iki dövlətin ümumilikdə heç fiziki sərhədi də yoxdur. Üçüncü, ölkələrin, xüsusilə ərəb ölkələrinin, eləcə də sünni və şiə ərəblərinin və onlardan təşkil olunmuş terror təşkilatlarının cəzalandırılması, zərər görməsi daha çox ön plandadır. Bu mənada biz, müharibə baş verəcəyi təqdirdə əlavə olaraq İranın, İsrailin deyil, qonşu ölkələrin, yəni konkret olaraq Livanın, Suriyanın növbəti dəfə zərbələrə məruz qalması və daha çox parçalanmasını müşahidə edə bilərik. Gələcəkdə bu təhdidlərin coğrafiyadan kənara, hətta Türkiyəyə qədər yayılma ehtimalı da var".
Qiymət Mahir