Nəsrullahın kürəkəni İsrailin hava hücumu nəticəsində həlak olub
3 Oktyabr 2024 10:32 Dünyaİsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi raket zərbəsi nəticəsində "Hizbullah"ın sabiq lideri Həsən Nəsrullahın kürəkəninin həlak olduğu bildirilib.
Olaylar xəbər verir ki, ərəb və Livan mətbuatında dərc olunan xəbərə görə, dünən Dəməşqin Məzzə bölgəsində 3 mərtəbəli binaya raket zərbələrinin endirilməsi nəticəsində Nəsrullahın kürəkəni Həsən Qasir həlak olub.
Qasir həm də dünən İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi aviazərbələr zamanı öldürülən "Hizbullah"ın yüksək rütbəli komandiri Məhəmməd Cəfər Qasirin qardaşıdır.
Xəbərdə qeyd olunur ki, Dəməşqə endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, çoxlu sayda yaralı var. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31