İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu

İsrailin Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Beyrutun mərkəzi və cənub bölgələrində bir sıra hədəfə aviazərbələr endirib.

Olaylar.az bildirir ki, TASS müxbirinin verdiyi məlumata görə, raketlər "Hizbullah" təşkilatının Əl-Bəşura məhəlləsindəki tibbi xidmət mərkəzinə atılıb.

Bundan əlavə, Səlim Sələmə küçəsindəki evlərdən birinə basqın edilməsi barədə məlumat daxil olub. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31