İran prezidenti Qətərə gedəcək
2 Oktyabr 16:20 DünyaBu gün İran prezidenti Məsud Pezeşkian Qətərdə keçiriləcək Asiyada Əməkdaşlıq Dialoqu Forumunda (ACD) iştirak etmək məqsədilə Dohaya səfər edəcək.
Olaylar xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Bildirilib ki, iki günlük səfər çərçivəsində İran prezidentini yüksək səviyyəli siyasi və iqtisadi heyət müşayiət edəcək.
Səfər çərçivəsində İran prezidentinin Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və digər ölkələrin rəhbərləri ilə görüşü planlaşdırılır.
Asiyada Əməkdaşlıq Dialoqu Forumu 2002-ci ildə Asiya ölkələrinin qlobal iqtisadiyyatda rəqabət qabiliyyətini artırmaq məqsədilə yaradılıb. Forumda 34 ölkə iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31