MAQATE Ukrayna münaqişəsinin bütün tərəfləri ilə daim əlaqə saxlayır - ÖZƏL
2 Oktyabr 15:09 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, agentlik daim Ukraynadakı münaqişənin bütün tərəfləri ilə qarşılıqlı əlaqə saxlayır, MAQATE ekspertləri isə Zaporojye və Çernobıl AES-lərində işləyirlər.
MAQATE rəhbərinin sözlərinə görə, agentlik dünya ictimaiyyətini mövcud vəziyyətlə bağlı məlumatlandırır və bunu gələcəkdə də davam etdirmək niyyətindədir.
Belarus Atom Elektrik Stansiyasına səfəri zamanı Qrossi qeyd edib ki, agentlik heç vaxt kənarda qalmayıb və vəziyyəti sülh yolu ilə həll etmək üçün daim prosesdə iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31