NYT: ABŞ və İsrailin qisas alacağı təqdirdə İranın yüzlərlə raketi var- ÖZƏL

İsrail və ya ABŞ İslam Respublikasına raket hücumlarına cavab vermək qərarına gələrsə, İran silahlı qüvvələrinin yüzlərlə raketi hazır vəziyyətdədir. 

Olaylar.az xəbər verir ki, bu barədə "The New York Times" İran İnqilabı Keşikçiləri Korpusunun iki nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu raketlər İslam Respublikasının qərb sərhədləri yaxınlığında yerləşir.

Bundan əvvəl İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran İsveçrə vasitəsilə Vaşinqtona xəbərdarlıq göndərib ki, ABŞ İsrailə raket hücumundan sonra müdaxilə etməsin. Eyni zamanda diplomat İranın hücumunu özünümüdafiə üçün qanuni hüquq adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31