Rəsmi Moskvadan İsrailə çağırış

Rusiya İsrailin Livana hücumunu kəskin pisləyir və Təl-Əvivi dərhal hərbi əməliyyatları dayandırmağa çağırır.

Olaylar.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyası həmçinin, İsraili qoşunlarını Livan ərazisindən çıxarmağa və münaqişənin sülh yolu ilə həlli yollarını axtarmağa çağırır.

"Rusiya dost Livanın rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bildirir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31