Krımda Ukraynaya işləyən iki qadın tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopolda Ukrayna kəşfiyyatına hərbi obyektlər haqqında məlumat ötürən iki rusiyalı qadını saxlayıb.

Olaylar xəbər verir ki, bu barədə FTX-nin yaydığı məlumatda qeyd olunub.

Hər iki şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci (xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla konfidensial əsaslarla əməkdaşlıq) maddəsi ilə şübhəli bilinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31