ABŞ Dövlət Departamenti Kiyevə Ukrayna silahları ilə Rusiya ərazisinə hücum etməyə icazə verib- ÖZƏL
1 Oktyabr 2024 11:59 DünyaABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller jurnalistlər üçün keçirilən brifinqdə növbəti dəfə çıxış edib.
Olaylar.az xəbər verir ki, o, Ukrayna məsələsinə toxunub. Miller bildirib ki, Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika icazəsinə ehtiyacı yoxdur, lakin bu, yalnız Ukraynada istehsal edilmiş silahlar tətbiq olunarsa keçərlidir.
"O, suveren dövlətdir və müstəqil olaraq istehsal etdikləri silahlardan istifadə edə bilərlər. Son bir ildə tətbiq etdikləri proqramlara baxanda bunun üçün çox silah var", - deyə Miller qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31