Ermənistanın ədliyyə naziri istefa verib
1 Oktyabr 2024 11:20 DünyaErmənistanın ədliyyə naziri Qriqor Minasyan istefa verib.
Olaylar xəbər verir ki, bu barədə Q.Minasyan özünün "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, onun bu vəzifədə olmasına qarşı başladılan imza toplanması kampaniyasına özü də qoşulub və bununla bağlı istefa verib.
"Parlament idarəetmə sistemində bir deputatla belə müsbət işbirliyiniz olmasa, nazir vəzifəsini tutmaq çətin olacaq. Öyrəndim ki, "Mülki müqavilə" fraksiyasının 20-yə yaxın deputatı ilə problemim var", - deyə o bildirib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31