Kotre: Şolts 2025-ci il seçkilərindən sonra kansler olmayacaq- ÖZƏL
1 Oktyabr 2024 10:50 DünyaOlaf Şoltsun 2025-ci il seçkilərindən sonra ikinci dəfə Almaniya kansleri təyin edilməsi qeyri-real ssenaridir. Bunu Şolts özü də yaxşı bilir.
Olaylar.az xəbər verir ki, bu fikri RİA Novosti-yə müsahibəsində Almaniya üçün Alternativ Partiyasından Bundestaqın deputatı Şteffen Kotre deyib.
"O özü də bilir ki, bu, real deyil. Onun hökuməti fəlakətlə nəticələnəcək. O, bunu sentyabrda Şərqi Almaniyada keçirilən yerli seçkilərin nəticələrində və sorğuların reytinqinin aşağı düşməsində görür", - deyə Kotre Şolzun ikinci dəfə kansler postunu tutmaq şansını şərh edərkən deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31