İranın birinci vitse-prezidenti İrəvandadır

İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif oktyabrın 1-də İrəvana səfərə gedib.

Olaylar xəbər verir ki, məlumatı "Tasnim" informasiya agentliyi yayıb.

Bildirilib ki, səfər Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə reallaşır.

M.Arif İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçılarının iclasında xüsusi qonaq kimi iştirak edəcək.

Birinci vitse-prezident səfər çərçivəsində Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış edəcək, bəzi ölkələrin hökumət başçıları ilə görüşəcək.

Səfər bir gün sürəcək. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31