Putin fərman İMZALADI: 133 min nəfər orduya ÇAĞIRILACAQ

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə payız çağırışı haqqında fərman imzalayıb. 

Olaylar.az bildirir ki, müvafiq sənəd hüquqi aktların rəsmi nəşrinin saytında dərc olunub.

"Rusiya Federasiyası vətəndaşlarının 2024-cü il oktyabrın 1-dən dekabrın 31-dək hərbi xidmətə çağırılması həyata keçirilsin", - sərəncamda qeyd olunub.

Bildirilib ki, bununla da 133 min nəfər orduya çağırılacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31