Ukraynadakı münaqişə yalnız Rusiya ilə danışıqlar yolu ilə bitə bilər- ÖZƏL
30 Sentyabr 2024 11:49 DünyaQərb siyasətçiləri getdikcə daha çox etiraf edirlər ki, Ukraynadakı münaqişə yalnız Rusiya ilə danışıqlar yolu ilə bitə bilər.
Olaylar.az xəbər verir ki, bu fikirləri britaniyalı politoloq Anatol Liven deyib.
"Qərb rəsmiləri gizli şəkildə getdikcə daha çox etiraf edirlər ki, münaqişə İstanbulda qarşıdurmanın ilk həftələrində razılaşdırılan şərtlərə yaxın olan şərtlərlə başa çatacaq," - ekspert UnHerd portalında dərc edilən məqaləsində bəyan edib.
Liven hesab edir ki, Kiyev sonda beynəlxalq təhlükəsizlik və ərazi bütövlüyü təminatları ilə müşayiət olunan neytrallıq müqaviləsi imzalamalı olacaq.
"Bu, Ukraynanın ümid edə biləcəyi ən yaxşısıdır", - deyə politoloq yekunlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31