Hindistanda iki qardaş anasını ağaca bağlayaraq yandırdı- ÖZƏL

Hindistanda iki qardaş ailə münaqişəsi zamanı 62 yaşlı ananı vəhşicəsinə qətlə yetiriblər. 

Olaylar.az xəbər verir ki, bu haqda "Times of India"yazır. Məlumata görə, onlar yaşlı qadını ağaca bağlayıb yandırıblar.

"Qadının yandırıldığı barədə məlumat alan polis qrupu oraya gələrək ağaca bağlanmış yanmış cəsədi aşkarlayıb. Biz cəsədi yarııma üçün xəstəxanaya apardıq", - Jiraniya polis zabiti Kamal Krişna Koloi bildirib.

Məlumdur ki, bir yarım il əvvəl həyat yoldaşı vəfat etdikdən sonra qadın oğulları ilə yaşayıb. Hazırda oğulları analarını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilib. Polis hadisənin baş vermə şəraitini araşdırmaq üçün əməliyyat tədbirləri həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31