BƏƏ Sudan ordusunu ittiham edir - ÖZƏL
30 Sentyabr 2024 11:28 DünyaOlaylar.az xəbər verir ki, birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Sudan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Əmirliyin Xartumdakı diplomatik missiyasının rəhbərinin iqamətgahını vurduğunu bildirib.
"Birləşmiş Ərəb Əmirlikləri Sudan ordusuna məxsus təyyarənin Xartumda yerləşən Əmirlik missiyasının rəhbərinin iqamətgahına vəhşicəsinə hücumu və binaya ciddi ziyan vurmasını qətiyyətlə pisləyir. Bu qorxaq hərəkətə görə bütün məsuliyyəti Sudan ordusu öz üzərinə götürməlidir", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik bildirib ki, Əmirlik tərəfi diplomatik binaların toxunulmazlığının əsas prinsipinin kobud şəkildə pozulması olan Sudan qüvvələrinin hücumuna qarşı Ərəb Liqası, Afrika İttifaqı və Birləşmiş Millətlər Təşkilatına etiraz notası göndərəcək