Misirdə təyyarənin göyərtəsində doğulan uşağa ömürlük aviabilet verilib- ÖZƏL

Misir aviaşirkətinin Qahirədən Kameruna uçan təyyarəsində qadın doğuş edib. Misirin "EgyptAir" milli aviadaşıyıcısı yeni doğulmuş körpəyə uçuşlarında ömürlük pulsuz bilet verib. 

Olaylar.az xəbər verir ki, bu haqda "Ahram Online" xəbər verir.

Uçuş zamanı təyyarə bələdçiləri kamerunlu sərnişinə kömək edib və körpəni dünyaya gətirib. Daha sonra ekipaj tərəfindən ana və yeni doğulmuş körpəyə lazımi ilkin tibbi yardım göstərilib.

Təyyarə Liviyanın cənubundakı Kufra Beynəlxalq Hava Limanına təcili eniş edib, burada ana və yeni doğulmuş körpəni qəbul etmək və sonrakı müalicə üçün Kufra xəstəxanasına aparmaq üçün Liviya səlahiyyətliləri ilə razılıq əldə olunub.

Liviyada qısamüddətli dayanmadan sonra EgyptAir reysi Kamerunun Duala Beynəlxalq Hava Limanına səfərini davam etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31