Ritter: ABŞ hakimiyyəti amerikalıları İsrail və Ukraynadan sonra üçüncü yerə qoyur- ÖZƏL
30 Sentyabr 2024 11:22 DünyaBirləşmiş Ştatlar hakimiyyəti İsrail və Ukraynadan sonra öz vətəndaşlarını prioritet olaraq üçüncü yerə qoyub.
Olaylar.az xəbər verir ki, bu fikri amerikalı hərbi ekspert, ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter X sosial şəbəkəsində bildirib.
"Sizcə Amerika vətəndaşları Amerikanı qorumaqla heç bir əlaqəsi olmayan iki müharibədən sonra Amerikanı uzaq üçüncü yerə qoyduğunuzu bilə-bilə sizə səs verəcəklər?" - o, Cənub-Şərqi ştatlara ciddi ziyan vuran Helen qasırğasının nəticələri ilə bağlı yazı dərc edən Demokratlar Partiyasından prezidentliyə namizəd və vitse-prezident Kamala Harrisə müraciət edərək yazıb.
Ritter qeyd edib ki, Ağ Ev Ukrayna və İsrailə kömək üçün milyardlarla dollar göndərir, fəlakətdən zərər çəkən amerikalıların isə dəstəyə ehtiyacı var.